Milli Məclisin deputatı Məlahət İbrahimqızı Nəsimi rayon sakini, Vətən müharibəsi şəhidi Hacırza Rzayevin Anası Mətanət xanımı ziyarət edib.
“Yeni Gundem” xəbər verir ki, Milli Məclisin deputatı şəhidin anası ilə söhbətləşib, onun dərdlərinə şərik olub. Məlahət İbrahimqızı bildirib ki, Hacırza Rzayev kimi igid Vətən oğulları daim xalqımızın yaddaşında yaşayacaq, onların göstərdiyi şücaət isə tarixə əbədi həkk olunacaq.
Deputat qeyd edib ki, Mətanət bacının həyat yoldaşı, əziz Şəhidimizin atası qardaşım qədər hörmət etdiyim Fikrət qardaş çox səbrli və təmkinli olsa da, yeganə oğlunun itkisinə dözə bilmədi və 6 ay öncə haqq dünyasına və oğlu Hacırzaya qovuşdu. Allah rəhmət etsin Fikrət qardaşa! Bu ailə ilə hər görüşdən Şəhid Analarımızın, ailələrimizin necə qürurlu və məğrur olmasını görür və onlardan nümunə götürürük.
Əziz Mətanət Ana, Hacırza bugün hər bir Azərbaycan Anasının oğludur. Onunla fəxr edirik. Bugün Azərbaycanın bütün gəncləri Mətanət xanımın oğludur. Azərbaycanın hər bir vətəndaşının ən müqəddəs borcu Vətən uğrunda canından və həyatından keçən əziz Şəhidlərimizin ailə üzvləri və sağlamlığından keçən qəhrəman Qazilərimizlə vaxtaşırı görüşmək, Onlara xidmət etmək, Onları heç vaxt tək buraxmamaqdır. Azərbaycan Xalqı bu gün də, gələcəkdə də cənnət Vətənimizin müdafiəsinə, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına görə əziz Şəhidlərimizə, Qazilərimizə, Müzəffər Ali Baş Komandana və Qəhrəman Milli Ordumuza borcludur və borclu olacaq.
Allah bütün Şəhidlərimizə rəhmət etsin. Amin!
Unutmayacağıq, Unutdurmayacağıq!
Şəhidlər ölməz, Vətən bölünməz!