Bu gün, iyulun 14-də döyüş tapşırığını yerinə yetirərkən düşmən təxribatin qarşısın alarkən şəhid Toğrul Məmmədov şəhidlik zirvəsinə ucalmışdır.
Məmmədov Toğrul Səyyad oğlu 1988-ci ilin iyulun 26-da Naxçıvan MR Babək rayonun Şıxmahmud kəndində Müəllim ailəsində anadan olub. O,1994 – 2002-ci illərdə Şıxmahmud kənd orta məktəbində, 2002 – 2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına AAHM-də təhsil almışdır. 2009-cu ildə leytenant hərbi rütbəsi alaraq, TTM-də təkmilləşdirmə kursu keçmişdir. Toğrul Məmmədov 2010-cu ildə təhsilini başa vurduqdan sonra müxtəlif döyüş bölgələrində xidmət etmiş, qisa zamanda tağım komandiri vəzifəsindən xidmət komandiri vəzifəsinə kimi yüksəlmişdir.2014-cu il 27 iyul-8 avqust tarixlərində ermənilərin Ağdamda atəşkəsi pozması nəticəsində baş vermiş döyüşlərdə Toğrul Məmmədov düşmən hucumlarin qarşısin alinmasinda xüsusi xidmətləri olmuşdur.2016-cı ilin aprelində torpaqlarımızın bütövlüyü uğrunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə düşmənə ağır itki verməsinə nail olmuş, xüsusi qəhrəmanlıq və şücaət göstərmişdir.2016-cı ilin iyulun 14-də döyüş tapşırığını yerinə yetirərkən düşmən təxribatin qarşısın alarkən şəhid olmuşdur. Şərəfli döyüş yolu keçmiş zabitimiz daim düşmənə qan uddurmuşdur və dəfələrlə düşmən arxasına keçərək əməliyyatlarda olub, xüsusi döyüş tapşırıqlarını yerinə yetirib. Düşmənin çox sayda canlı qüvvəsinin və obyektlərinin məhv edilməsində iştirak edib.
Qorxmazlığı və igidliyinə görə döyüş yoldaşları Toğrula “Şir ürəkli Toğrul” deyirdilər. Toğrul Məmmədovu bu gün sevgi və sayğıyla anırıq…
Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır!
Allah Şəhidimizə rəhmət eləsin!
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı