“Bakı, Sumqayıt və Abşeronda şagird sıxlığı nəzərə alınaraq hərəkətliliyi azaltmaq üçün dərslər həftədə 3 dəfə əyani olacaq”.
“Yeni Gündəm”-in məlumatına görə, bunu media nümayəndələri üçün tədrisin ənənəvi formasının bərpası mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.
Onun sözlərinə görə, regionlarda isə məktəb sayı, sinif sayı böyükdürsə, hər partada bir şagirdin oturmağı mümkün deyilsə, onlar da iki yerə bölünəcək. Beləliklə, hər yarım qrup məktəbə sadəcə 3 dəfə gedəcək, eyni şəhərin başqa bir məktəbində sinifdaxili sıxlıq hər partada 1 şagirdin oturmasına imkan verirsə, bu zaman şagirdlər həftədə 5 dəfə dərsə gedəcəklər”.