DİN Naxçıvanla bağlı məlumat yaydıbackend

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.