DİQQƏT! Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULDUbackend

4,9 milyondan çox Rusiya vətəndaşının borca görə Yeni il bayramı öncəsi xaricə çıxışı müvəqqəti məhdudlaşdırılıb.

“Yeni Gundem” yerli mediaya istinadla bildirir ki, təkcə Moskvada bu ilin 11 ayı ərzində məhkəmə icraçıları səyahətin məhdudlaşdırılması ilə bağlı 742 min əmr verib. Üstəlik, bu sənədlərin yarıdan çoxu Yeni il ərəfəsində etibarlılığını davam etdirir.

2022-ci ildə, Yeni il öncəsi 8 milyon rusiyalının borclarına görə səyahətləri məhdudlaşdırılıb. Bayram qabağı xaricə getməyə icazə verilməyən rusiyalıların bu sayı rekord həddə çatıb.