Nərimanov rayonunda fəaliyyət göstərən “Zəhra Clinic”də aparılan yoxlama zamanı müəyyən nöqsanlar aşkar edildiyi üçün klinika ilə bağlı cərimə protokolu tərtib edilib.
“Yeni Gundem” xəbər verir ki, yoxlama zamanı məlum olub ki, sözügedən klinika İnzibati Xətalar Məcəlləsinin sanitariya və gigiyena, epidemioloji qaydalar əleyhinə olan 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı işə 9 iyul tarixində Mərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin möveyini işıqlandırmağa hazırıq.