Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.
“Yeni Gundem” xəbər verir ki, imtahanlarda iştirak edən Günel Həmidova 52 bal toplayaraq namizədlər arasında ən yüksək nəticə göstərib. Günel Həmidova Qubadlı rayonu Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimidir.
Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.
Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.