İyulun 18-də Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevvətəndaşların növbəti qəbulunu keçirib.
Bu barədə “Yeni Gundem”-ə Dövlət komitəsindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi iləməcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlərhəyata keçirilib. Birinci vitse-prezident Mehriban xanımƏliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğıgöstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburiköçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əminolduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşlarınmüraciətləri, əsasən, mənzil-məişət şəraitininyaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıqmüavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərəqayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqlarıməsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həllediləcəkdir.