Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirən kişiyə bu cəza verildibackend

Goranboyda özünə məxsus evi əxlaqsızlıq yuvası kimi müxtəlif şəxslərə kirayəyə verən şəxs həbs edilib.

Xocalı şəhər sakini, Goranboyun Yuxarı Ağcakənd kəndində yaşayan 1992-ci il təvəllüdlü İntiqam Məmmədova Cinayət Məcəlləsinin 244.2.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, İntiqam ona dövlət tərəfindən verilmiş evi müxtəlif şəxslərə gündəlik 15-20 manata kirayəyə verib.

Polis əməkdaşları həmin evə gələrək orada cinsi əlaqədə olan şəxsləri müəyyən edib.

Biləsuvar Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmü ilə İntiqam Məmmədov 3 il həbs cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. (Publika.az)