Dünya bu qoldan danışır: Elə bir taktika qurdular ki… – FOTO/VİDEObackend

İtaliya A Seriyasının XXVI turunda keçirilən “Roma” – “Verona” matçı 2:2 hesabı ilə yekunlaşıb.

“Yeni Gündəm” xəbər verir ki, İqor Tüdorun başçılıq etdiyi qonaq komandanın ilk qolu maraqla qarşılanıb.

“Roma”nın cərimə meydançasının sağ kənarından yerinə yetirilən cərimə zərbəsi zamanı “Verona”nın futbolçusu David Faraoni topa zərbə vuracağı anda komanda yoldaşlarına etiraz edirmiş kimi görüntü yaradaraq zərbəni vurmaqdan imtina edib.

Bundan sonra topa yaxınlaşan İvan İliç cərimə meydançasındakı qarışıqlıqdan uzaqlaşaraq sürətlə ona yaxınlaşan Canluica Kaprariyə cərimə meydançasının önündə ötürmə edib.

Bu zaman ilk epizodda topa zərbə vuracağı görüntüsü yaradıb hər kəsi aldadan Faraoni cərimə meydançasına daxil olub və Kaprari dəqiq pasla topu ona ötürərək “Roma”nın qapıçısı ilə üz-üzə qoyub. Faraoninin zərbəsindən sonra qapıçı Rui Patrisio topu qaytara bilib.

Dönən top üçün cərimə meydançasına hücum edən Antonin Barak dəqiq zərbə ilə onu qapıdan keçirib. Bu qol sosial mediada geniş müzakirələrə səbəb olub.