Dünyanın ən böyük dodaqları olan qadın rekorda cəhd edəcəkbackend

Bolqarıstanın paytaxtı Sofiyada yaşayan gənc qadın indiyə qədər dodaqlarında cəmi 32 əməliyyat olması ilə tanınır.

“Yeni Gundem” xəbər verir ki, dodaqlarına tez-tez dolgu vuran Andrea bu prosedurlar üçün 9 min dollar xərcləyib. Yeni dünya rekordu arxasınca getdiyini deyən Andrea, indi “dünyanın ən nazik və ən uzun çənəsi olan qadın” adının sahibi olmaq istədiyini bildirib. Sosial mediada açıqlamalar verən Andrea, “Dodaqlarımı çox sevirəm və başqa bir rekord istəyirəm.

Yeni estetik prosedurlarım olacaq, amma bu, təbii ki, dodaqlarıma yeni dolguların olmayacağı anlamına gəlmir”-deyib.