“Düşənbə və Bakı arasında hava yolu ilə reysin açılması mükəmməl təşəbbüsdür” – DEPUTATbackend

Cənab Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri Azərbaycan-Tacikistan dövlətləri arasında əməkdaşlığı yeni zirvə və mərhələyə yüksəlməsinə gətirib çıxaracaq.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Millət vəkili açıqlayıb ki, Azərbaycan və Tacikistan prezidentilərinin görüşündə geniş spektri əhatə edən əməkdaşlıq haqqında saziş imzalandı.

“Gələcək də əməkdaşlıq üçün görülən işlər bəyan edilib. Bu bir daha onu göstərir ki, Azərbaycan Mərkəzi Asiyada dost ,qardaş ölkələrlə münasibətlərinin yeni mərhələyə daxil olmasına təkan və güc verən prossesin lokomotivi rolu oynayan ölkədir. Tacikistanla Azərbaycan arasında həm dağ-mədən sahəsində, həm də neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Ölkəmizin logistik imkanlarından Tacikistanın yararlanması istiqamətində razılığa gəlinib. İki ölkə arasında təhsil və digər humanitar sahələrdə əməkdaşlığın yeni inkişaf dinamikasına qaldırılması nəzərdə tutulub. Birgə investisiyaların təşkilidə imzalanan sənədlərdə yer alır. Azərbaycanın özəl sektorunun Tacikistanda yaradılması üçün mümkün olan işlərin aparılması da qeyd olunur. Düşənbə və Bakı arasında hava yolu ilə reysin açılması mükəmməl təşəbbüsdür. Bu isə gələcəkdə iki ölkə əlaqələrinin intensivləşməsinə gətirib çıxaracaq. Bütün bunlarla yanaşı ölkəmiz Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın Avropa məkanına birləşdirilməsi ilə çox mühüm rol oynayacaq. İki ölkənin parlamentləri arasında əlaqələr yüksək səviyyədədir. Biz bundan sonra Azərbaycan və Tacikistan arasında qeyd olunan sahələrin inkişafının şahidi olacağıq”,- deyə o qeyd edib.

Fərahim Rəhimov