ETSN-nin 5 saylı RMTM-nın xidməti ərazisinə aid olan meşə massivlərində meşələrin mühafizəsi və bərpası üçün əkilməsi planlaşdırılan minlərlə ağac tinginin meşə gözətçilərinin şəxsi evlərinə daşınaraq məhf edildiyi iddia edilir.
Meşə fondu torpağlarının açıq və seyrək ərazilərində meşələrin bərpası üçün payızda əkilməli olan bu tinlərin indiyə qədər əkilməməsi bir müəmma ,gözətçilərin şəxsi evlərinə gəlib çıxması isə bir başqa müəmmadır.
Bu görüntüləri ETSN-nin 5 saylı RMTM-nin 3-saylı meşə dolayının meşə gözətçisi olan Heydərov Azad Arif oğlunun Quba şəhəri ərazisində yerləşən yaşadığı evin həyətyanı sahəsində lentə almışıq.