“Əlil Qadınlar Cəmiyyəti” adlı seminar baş tutdubackend

“ƏLİL QADINLAR CƏMİYYƏTİ” İCTİMAİ BİRLİYNİN UĞURLU LAYİHƏSİNİN DƏSTƏYİ İLƏ BAKI ŞƏHƏRİNDƏ NÖVBƏTİ SEMİNAR TƏŞKİL EDİLİB.

“Yeni Gundem” xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin layihənin dəstəyi ilə Bakı şəhərində növbəti seminar 08 iyul tarixində maraqlı tərkibdə təşkil edildi. Seminarda məcburi köçkün icmalarının və məcburi köçkün əlilliyi olan qadınlar və qızlar iştirak edib.

Seminarın məqsədi: Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılması yollarını müzakirə etməkdir.

 Seminarın dəstəyi ilə işğaldan azad olunan torpaqlara Böyük Qayıdış planına uyğun olaraq, əlilliyi olan qadınlara psixoloji dəstək, məşğulluq, hüquqi yardımların təşkilində yerli icmaların iştirakçılığı ilə məlumatlandırılmanın artırılmasına ehtiyyacın olduğu gündəmə gətirildi.

Seminarda Bakı şəhərində yaşayan yerli icma üzvləri məcburi köçkün ismalarından olan qadınların iştirak etməsi maraqlı müzakirələrə səbəb oldu.

Seminarda Bakı şəhərində fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarı açıq elan etdi və layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdi. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan məcburi köçkün qadınlar və qızlar, tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Məcburi köçkün əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkildi.

SEMİNARDA 25 NƏFƏR İŞTİRAK EDİB.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizimidir.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti.

08. İyul.2024