Elnur Allahverdiyevə məxsus olduğu bildirilən mağazalar şəbəkəsini cərimə gözləyirbackend

“ABC-Telecom” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd: MMC “Kontakt Home” əmtəə nişanının sahibidir. Mətbuatda dərc olunan yazılarda şirkətin deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilsə də, MMC bunu təkzib edir.