“Belə bir tendensiya var. Dövlət qurumunda, xüsusilə dövlət təhsil müəssisələrində çalışan işçilər keyfiyyətli nəticənin olmamasını əmək haqqının az olması ilə əlaqələndirirlər.
Razıyam, əmək haqqı ən vacib faktordur, amma bunun günahkarı şagird deyil. Misal üçün, məktəb psixoloqları 250-300 manat əmək haqqı alırlar. Bəli, bu məbləğə heç nə etmək mümkün deyil. Amma bu işləməmək, yəni keyfiyyətli işləməmək üçün səbəb deyil. Əmək haqqı qane etmir? Zəhmət olmasa, çıx işdən. Ancaq şagirdlərini bədbəxt etmə”.
“Yeni Gündəm”-in xəbərinə görə, bunu təhsil eksperi Kamran Əsədov deyib.
K.Əsədov bildirib ki, işinin öhdəsindən layiqincə gəlməyə çalışan və gələnlər var, lakin onlar çox azdır: “Bütün mələklərin sosial şəbəkə səhifələrini, internet saytlarını axtardım, 1 dənə motivasiya məqaləsi, 1 dənə psixoloji test, 1 dənə stimul verici araşdırılma tapa bilmədim.
Amma o ştat vahidini tutanlar sosial şəbəkələrdə qalaq-qalaq təriflər yazırlar, paylaşımlar edirlər. Nazirliyin hansına əməkdaşı canlı yayım edəndə girib şərhə-filan “məktəbin psixoloqu – salam” yazırlar. Çatışmazlıqların günahlarını psixoloqlarda görmürəm. Təhlükə böyükdür. Hər kəs daşın altına əlini qoymalıdır. Yoxsa mənim əmək haqqım azdır deyib, kənara çəkilmək olmaz. Məktəb direktorları şəkil çəkdirməkdən başları ayılsa, internet resurslarına bir nəzarət edərdilər”.