Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş İstanbuldakı Prezident iqamətgahında keçirilib.
Qeyd edək ki, bu gün ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda görüşüb.
Xatırladaq ki, Antoni Blinken yanvarın 5-də Türkiyəyə səfər edib. Yanvarın 6-da onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı gözlənilir.
Diplomatik mənbələrin məlumatına görə, danışıqlarda Qəzza zolağındakı vəziyyət, İsveçin NATO-ya üzvlük məsələsi, ABŞ tərəfindən Ankaraya “F-16” qırıcılarının satışı, Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması, Türkiyə-ABŞ əlaqələri, eləcə də Ərdoğanın ABŞ-yə gözlənilən səfəri müzakirə olunacaq.