Erməni mediası Sərdar Ortaçı azərbaycanlı şəhid kimi təqdim etdi – FOTObackend

Ermənistanın mediası Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçı azərbaycanlı şəhid kimi xəbərə çevirib.

“Yeni Gündəm” xəbər verir ki, Ermənistanın mediası Sərdar Ortaçın hərbi xidmətdə olarkən 2000-ci ildə Sivasda çəkilən fotosunu yayımlayaraq “Öldürülən Azərbaycan əsgərlərinin sayı” adlı xəbər təqdim edib. Fotoda aktyor Kaan Girgin da yer alıb.