Erməni təcavüzü nəticəsində həlak olanların sayı 60-a çatdıbackend

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 704-dir.