Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində daha bir mülki şəxs öldübackend

Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.

“Yeni Gündəm”-in xəbərinə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.APA