“Ermənistan, yenə də çirkab əməllərindən əl çəkmək istəmir”-Deputatbackend

“Azərbaycana qarşı Erməni təxribatlarının ardı kəsilmir və artıq onların mövqelərimizi demək olar ki, hər gün, intensiv olaraq atəşə tutduqları xəbəri gəlir. Dünən avqustun 20-si Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində, Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi atıcı silahlardan atəşə tutub. Bu batan separatçı rejimin son hənirtisi, son nəfəsidir və bu kimi təxribatlara tez-tez əl atan düşmən- Ermənistanın iç üzünü, terror xislətini bir daha ortaya qoyur. Regionda sülh və sabitliyi istəməyən Ermənistan, özü elə region üçün böyük təhdid, təhlükə və qara yaradır. Azərbaycan ordusu tərəfindən Ermənistanın törətdiyi bütün təxribatların qarşısı qətiyyətlə alınır və bu istiqamətdə müvafiq tədbirlər görülür”.

Bu fikirləri “Yeni Gundem”-ə Millət vəkili Ülviyyə Həmzəyeva açıqlayıb.

Milli Məclisin deputatı bildirib ki, bu gün Ermənistan başqa dövlətin suveren ərazisindən “dəhliz” istəyir, amma özü suverenliyini bəhanə gətirib bundan imtina edir.

“Ermənistan, yenə də çirkab əməllərindən əl keçmək istəmir. Lakin bu Qara Yaranı artıq dünya həzm etmək istəmir və onu özü yavaş-yavaş kəsib atmaq üzrədir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-ci il tarixində keçirilən növbədənkənar iclası Azərbaycanın növbəti diplomatik qələbəsi kimi tarixə düşdü. Ermənistanın növbəti avantürası alt-üst oldu. Rəsmi İrəvanın güya “blokada” və humanitar böhranla üz-üzə qaldığını bildirən ermənistanın ölkəmizə qarşı mənfi təbliğatı əsassız və sübutsuz olduğundan, irəli sürdüyü absurd iddiaları rədd edildi və BMT TŞ-nin iclasında ifşa olundu.
Bu gün Ermənistan başqa dövlətin suveren ərazisindən “dəhliz” istəyir, amma özü suverenliyini bəhanə gətirib bundan imtina edir. Biz 30 illik işğaldan sonra torpaqlarını öz gücümüzə azad edən ölkəyik. Ermənistanın tamamilə dağıtdığı, yer üzündən sildiyi ərazilərdə şəhərlər və kəndlər inşa edən, məcburi köçkünləri öz yurdlarına qaytaran ölkəyik. Öz haqqımızı bilirik və Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik. Bizi yolumuzdan heç kəs döndərə bilməz”!

O, vurğulayıb ki, Ermənistanın bir çıxış yolu var 2020-ci ildə 44 günlük vətən müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl etmək və Zəngəzur dəhlizinin açılması istiqamətində sözünü tutmaq.

“Bunu etməklə, onlar sülhə addım atmış olduqlarını göstərəcəklər. Belə də ki, regionda sülh istəməsələr, hansı ölkələri istəyirlər özlərinə havadar, silah-sursat dostu tapıb etsinlər. Düşmən Azərbaycan Ordusunun gücünü bilir və atdığı hər addımın sonunu düşünərək, Azərbaycanın tələblərini yerinə yetirməklə xilas oluna biləcəyini nəzərə almalıdır. Neqativ və separatçılıqla dolu addımlar Ermənistanın sonu olacaq! Biz dünya ictimaiyyətinin də sülhə doğru Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözləyirik!”,-deyə o, qeyd edib.

Fərahim Rəhimov

“Yeni Gundem”