Ermənistanda hərbi hissədə üç hərbçinin meyiti tapıldıbackend

Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrin birində üç hərbi qulluqçunun cəsədi aşkar olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata əsasən, avqustun 19-u təqribən 02:15 radələrində cəsədləri aşkar olunan hərbçilər Murad Muradyan, Levon Harutyunyan və Qora Saakyanın üzərində odlu silahdan atəş izləri aşkarlanıb. Bildirilir ki, onların hər üçü 2002-ci il təvəllüdlüdür.

Hazırda faktla bağlı araşdırma aparılır.