Ermənistanda yol qəzasında 11 nəfər ölübbackend

İrəvan-Gümrü avtomobil yolunda baş verən dəhşətli qəzada 11 nəfər ölüb.

Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti xəbər verir ki, Lancik kəndi yaxınlığında “Volkswagen” markalı mikroavtobus və “ZiL” markalı yük maşını toqquşub. Daha 6 nəfər xəstəxanalara yerləşdirilib./APA