Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche“ ilə “avtoş“luq etdi – VİDEObackend

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.

“Yeni Gündəm” xəbər verir ki, 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

“Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdiyevdir.

Avtosfer.az