Evdar qadın hərkəsi təəccübləndirdibackend

Əvvəllər idman zalına getməyən İngiltərədən olan bir ana  bodibildinq üzrə dünya çempionu olub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Daily Mail ” yazır .

Qadının uğurundan ilhamlanaraq bütün ailəsi idmanla məşğul olmağa başlayıb.
43 yaşlı dörd uşaq anası Kerri Makdonald zala ilk dəfə 2021-ci ilin aprelində gəlib. Qadının sözlərinə görə, pandemiyadan sonra onun bir növ fəaliyyətə ehtiyacı var idi ona görə də fitnes bunun üçün ən uyğun üsul idi.

“Həmişə aktiv olmuşam, amma uşaq yaşlarımda idmanla məşğul olmamışam” deyə o şərh edib.

Bodibildinq həvəsi britaniyalı qadını o qədər sürüklədi ki, o, nəinki yemək vərdişlərini dəyişdi, həm də həyatını tamamilə yenidən qurdu. Bu sahədə uğur nümayiş etdirən Kerri fitnes modelləri arasında dünya çempionatında iştirak etmək qərarına gəldi – və qalib oldu.

McDonald-ın irəliləyişini görən uşaqlar və ailə onunla birlikdə idman zalında məşq etməyə başlayıblar. Qadının deyir ki o ,oğullarından razıdır və onların da bodibildinqdə potensialı olduğuna inanır.

“Düşünürəm ki, mənim hekayəm hər kəsin hər şeyə nail ola biləcəyini göstərir, sadəcə cəhd edin” ,-o deyib.

Kerrinin əri Stiven həyat yoldaşına məşqlərdə kömək edir və yarışlarda ona dəstək olur.
“Stivenlə mən 18 ildir birlikdəyik və bu, bizim münasibətimizi yenidən alovlandırdı, çünki idman zalına birlikdə gedirik, birlikdə yemək yeyirik, birlikdə şoular planlaşdırırıq”.

Ayşən