“Faiq Ağayev məni “blok”a atıb”backend

Xalq artisti Röya Ayxan həmkarı Faiq Ağayevə barışıq addımı atması barədə yayılan xəbərlərə münasibət bildirib.

“Yeni Gundem” xəbər verir ki, sənətçi “X maqazin”ə açıqlamasında Xalq artistinə jest etmədiyini açıqlayıb.

Röya qeyd edib ki, F. Ağayev onu instaqramda “blok”a atıb: “Mənim heç kimlə problemim yoxdur. Anlaşılmazlıqlar olur, bir-birimizə deyilən sözləri normal qəbul edə bilmirik. Evimizdə də bunlar baş verir. Mətbuat yazıb ki, barışmaq üçün jest edirəm, mahnısını instaqramda paylaşıram. Belə deyil, mən istədiyim şeyi həmişə edirəm. Bu arada, o məni “blok”a atıb. Mənə yaxınlaşıb dedi ki, səni instaqramda görə bilmirəm. Cavab verdim ki, heç vaxt kimisə “blok”a atmaram! Gördü ki, özü belə edib. O da konsertdəki bilet satışı ilə bağlı idi”.