Milli Məclisin deputatı Fatma Yıldırım iyunun 13-də Bakı Slavyan Universitetində keçirilən “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransının “Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar” adlanan 1-ci panelində iştirak edib.
”Yeni Gundem” xəbər verir ki, deputat çıxış edərək qeyd edib ki, COP29 ərəfəsində belə tədbirlərin keçirilməsi vacibdir. Çağdaş dövrümüzdə ətraf mühitin mühafizəsi müstəsna əhəmiyyət kəsb edir və qlobal çağırışlar ekologiyanın qorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.
Bu baxımdan Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya birliyi tərəfindən müsbət qiymətləndirilir. Bu böyük beynəlxalq tədbir dünyada əməkdaşlığın təşviqinə mühüm töhfələr verəcək. Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan işğaldan azad edilmiş ərazilərini “Yaşıl zona” elan edib və hazırda həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.
Bildirdim ki, COP29 Azərbaycanın Balkan ölkələri ilə hərtərəfli əməkdaşlığının daha da genişlənməsində bir vəsilə olacaqdır.