Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, altıncı çağırış Milli Məclisi buraxılır və Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
32gun.az fevral ayından bu günə kimi seçiciləri ilə görüşmüş millət vəkilləri ilə bağlı araşdırma aparıb.
Sosial şəbəkələr üzərindən aparılan araşdırma zamanı məlum olub ki, nəinki 5 ay ərzində seçiciləri ilə görüşənlər, tədbirdən-tədbirə seçildiyi ərazini yada salanlar da varmış.
Millət vəkili Fəzail Ağamalı – sosial şəbəkədəki hesabında yazlı ve video açıqlamaları, müsahibələri paylaşılsa da fevraldan bu günə kimi seçiciləri ilə heç bir görüşü barədə qeyd paylaşılmayıb.
Deputat Kəmaləddin Qafarov – sosial şəbəkəsində açıqlamaları xüsusi dizaynla SMM-ləri tərəfindən paylaşılan deputatın nədənsə fevralın 6-dan sonra heç bir seciciləri ilə görüşü paylaşılmayıb.
Millət vəkili Mahir Abbaszadə – seçiciləri ilə may ayında iki dəfə, ondan öncə isə fevral ayında görüş keçirib.
Millət vəkili Elnur Allahverdiyevin isə sosial şəbəkəsini araşdırdığımız zaman isə fevraldan bu günə kimi cənab deputatın təkcə iyunda – qurban payı edərkən görüşməsi paylaşılıb.
Tahir Mirkişili isə fevraldan bu günə qədər olan 5 ay ərzidən cəmi bir dəfə – Aprel ayında seçiciləri ilə görüşüb.
Millət vəkili Soltan Məmmədov – Təkcə aprel ayında vətəndaşlarla 3 dəfə iftar süfrəsi arxasında əyləşib.
Millət Vəkili Könül Nurullayeva – Həm aktiv olaraq tədbirlərdə iştirak edib, həm də seçkiləri ilə 6 ay ərzində 8 dəfə görüş təşkil edərək, onların problemlərini dinləyib.
İltizam Yusifov – tədbirlərdə boy göstərən deputatımız cəmi 3 dəfə seçildiyi ərazi üzrə görüşdə vətandaşlarla üz-üzə gəlib.
Bu da 3 dəfə Şirvan Şəhər İcra hakimiyyəti ilə birlikdə səyyar görüş zamanı baş tutub.
Nədənsə cənab deputat seçiciləri ilə ayrılıca qəbul keçirməyi unudub.
Milli Məclisin vitse-spikeri, deputat Adil Əliyev – Aktiv olaraq iştirak etdiyi tədbirlərlə yanaşı seçiciləri ilə görüşnəyi də unutmur. A.Əliyev fevral ayından bu günə kimi 7 dəfə dəfə seçiciləri ilə görüşüb. Deputatın görüş zamanı şəhid ailələri, qazilər öncəlik təşkil edib.
Kitab sərgilərində, tədbirlərdə iştirak edən deputat Azər Badamov da seçicilərini unudanlardandır.
Deputat Arzu Nağıyev – O da tədbirlərdə, dəvətlərdə xüsusi çıxış etsə də, cəni bur dəfə seçilmiş olduğu ərazidə vətəndaşların hüzurunda olub. O da Novruz bayramı ərəfəsində seçiciləri qarşısında bayran çıxışı edib.
Millət vəkili Səməd Seyidov – seçildiyi Qazax rayonuna sadəcə xarici qonaqları aparmaq, bəzi tədbirlərdə iştirak etmək üçün gedib.
Burada hörmətli deputatın qatarda olarkən yazdığı şeir yada düşür:
“Qatar gedir, zaman ötür,
Qazax tərzdə dönür ömür,
Doğma diyar səsləyəndə,
Könül dildən şeir tökür…”
Bu zaman ağıla bir fikir gəlir, Şeirin davamı növbəti qatar səyahətində yazılacaq yəqin…
Millət vəkili Ülvi Quliyev də seçiciləri ilə 5 ay ərzində cəmi 1 görüş keçirib. Digər iki görüşü isə nəzarətində olan karateçilərlə olub.
Davamı növbəti yazımızda…
QEYD:
Əvvəldə də qeyd etdiyimiz kimi bu araşdırma sosial şəbəkədə aktiv olan millət vəkillərinin profil və səhifələrinə əsaslanaraq yazılıb.