Fəzail Ağamalının yerinə qızı deputatlığa namizəd olur?backend

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilər.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Günay Ağamalının Ana Vətən Partiyasında atasını əvəzləməsi barədə xeyli müddətdir ki, iddialar mövcuddur.

Məsələ ilə bağlı Günay Ağamalı Demokrat.az-ın suallarına konkret cavab verməyib.

Daha sonra o bildirib ki, bu məsələyə növbəti həftə Ana Vətən Partiyasının İdarə Heyyəti tərəfindən aydınlıq gətiriləcək.