Bak şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.