Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına iş yerində iPhone-dan istifadə etmək qadağan edilib.
Bu barədə “Mash” yazıb.
Bildirilib ki, məsafədən telefonun “sındırılması” təhlükəsinin mümkünlüyü bu qərarın qəbul edilməsinə səbəb olub. Qeyd olunub ki, iş və ev üçün yalnız bir qadcet olduğu təqdirdə, o, məxfi məlumatları və dövlət sirrini saxlaya bilər. Hansı ki, özgənin əlinə keçməməlidir.
FHN işçilərinə android və ya hər hansı digər telefonlara keçmələri tövsiyə olunub.
Əmr yanvarın 10-dan qüvvəyə minir.
APA