Fidan Rəhimova yeni mahnısını təqdim etdi-VİDEObackend

Son zamanlar medianın gündəmindən düşməyən müğənni Fidan Rəhimova yeni mahnısını təqdim edib.

“Yeni Gündəm”-ə açıqlama verən ifaçının mətbuat katibi bildirib ki, Fidan Rəhimova repertuarında yenilik edib: “Xeyli müddət idi ki, yeni mahnı üzərində çalışırdıq. Bəstə artıq hazırdır.

Mahnı “Səndən Doyulmaz” adlanır. Bəstənin musiqisi Orxan Mürvətli,  sözləri Həsən Babayev, aranjiman Mahir Zeynalov, operator-montaj, Arzu Abasovadır.

İnanırıq ki, bu mahnıda Fidana uğur gətirəcək. Bəstə dinləyicilər tərəfindən sevilib, bəyəniləcək”.

Mahnıya və klipə yazılan şərhlərdə izləyicilər müğənninin ifasına təriflər yazıb.

Sözgedən klipi sizə təqdim edirik: