Gədəbəy sakini xəstəxanada intihar etdibackend

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Əmiraslanlı kənd sakini, 50 yaşlı Elbrus Səfərov tibb müəssisəsinin həyətində intihar edib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Səfərov əvvəllər həbsdə olub.