Gəncədə partlayış: ana və oğlu xəsarət aldıbackend

Noyabrın 18-də Gəncə şəhərində evdə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri alan ana və oğlu Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.

“Yeni Gündəm”-in məlumatına görə, 1977-ci il təvəllüdlü Sahibə Rasim qızı Verdiyeva və onun oğlu, 1998-ci il təvəllüdlü Əli Vahid oğlu Veridyev Gəncədəki xəstəxanaların birinə yerləşdirilmişdilər.

Onların vəziyyəti ağır olduğundan bu gün Bakı şəhərində yerləşən xəstəxanaların birinə gətiriliblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında şəhərin Əlişir Nəvai küçəsində yerləşən evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan qadın və oğlu ağır yanıq xəsarətləri alıb, fərdi evdə qismən dağıntılar olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Report