Gənclər və idman naziri və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdübackend

Gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın futbolçuları ilə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə görüşdə iştirak edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviterdə məlumat yayıb.

Səfir “Olimpik” Marsellə oyun öncəsi “Qarabağ” futbol klubuna uğurlar arzulayıb.

“Doğma Qarabağ futbol klubumuza uğurlar arzu edirik. Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da Qarabağımızın yanındadır”, – səfir qeyd edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.