Gizli toya polis basqını – FOTObackend

Karantin qaydalarını pozaraq toy məclisi təşkil edənlər saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində tətbiq olunan karantin qaydalarını sərt şəkildə pozaraq 20 nəfərdən çox insanın iştirak etdiyi toy məclisi təşkil edən şəxslər cərimələniblər.

Olay Türkiyənin Bursa şəhərində yaşanıb. Gizli edilən toy polis basqını nəticəsində yarımçıq qalıb. Bəy və gəlin də daxil olmaqla hər bir iştirakçıya 3 min lirə cərimə yazılıb.

Cərimə yazılarkən gəlin göz yaşı töksə də, faydasız olub. Nəticədə ümumilikdə 78 min lirə cərimə yazılıb.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə dünyanın bir sıra ölkələrində, o cümlədən, Azərbaycanda da toyların keçirilməsi qadağandır.Milli.az