Göyçayda maraqlı hadisələr baş verir.
“Yeni Gundem” xəbər verir ki, həmin maraqlı hadisələrdən biri də rayonun Çərəkə kəndində qeydə alınıb. Məsələ isə yol çəkilişi ilə bağlıdır.
Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, 25 dekabr 2023-cü ildə Prezident İlham Əliyev Çərəkə kəndinin yollarını abadlaşdırmaq məqsədi ilə pul ayırıb. Həmin sərəncama əsasən kəndin əsas yolu asfaltlanmalı, yol üzərindəki iki körpü təmir edilməlidir. Lakin bir neçə məmur əlbir olaraq, yol tikinti layihəsini dəyişərək, onun başqa yerdən çəkilməsinə qərar veriblər. Belə ki, yeni yol heç də geniş olmayan və kəndin başqa səmtinə gedən hissəsinə çəkiləcək.
Sakinlər iddia edirlər ki, ana yolun bərpa edilməməsinə səbəb iki körpünün təmiri və nəticədə, yol çəkənlərə pul qalmamasıdır. “Bu yolun üzərində kəndin 3 qəbristanlığı var. Bundan başqa, məktəb və məscid də həmin yolun üzərindədir. Elə bu səbəbdən də əhali məhz həmin yoldan istifadə edir. Görünür, körpülərin təmiri çixlu xərc tələb edir ki, yolu çəkənlər pul qazana bilməyəcəklərini görüb, layihəni dəyişdiriblər”.
Çərəkəlilər deyir ki, məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbulunda olublar. Lakin icra başçısı da bir tədbir görməyib. Onlarda belə bir fikir yaranıb ki, prosesdən Ağayevin də xəbəri var və ona görə də, hər hansı tədbir görmək istəmir.
Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.Tribunainfo.az