“Gözüm kabus görür” – Şair yazır…backend

Gənc yazar, şair Röyal Əmrahov yeni şeiri ilə oxucuların diqqətində olub.

“Yeni Gundem” in məlumatına görə, gənc şair “Gözüm kabus görür” qəzəli ilə ədəbiyyat həvəskarlarının marağında olub.

Yar suallar etsən haçannan gözüm kabus görür?

Sən gözümnən düşdüyün annan gözüm kabus görür

Çox gözəl məşhur məsəl var sevginin kordur gözü

Məndə isə gizli pünhannan gözüm kabus görür

Beyni çox idrak edir qəlb bağlanır könlüm sevir

Boş bekar ömr eyləmir cannan gözüm kabus görür

Allah ismin dad edən kəs mehribandur çün mənə

İçməyir su hansı insannan gözüm kabus görür

Ey Röyal hərgah sənə kim sevgi əxlaq öyrədir

İyrənir ol şərlə böhtannan gözüm kabus görür…