İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 309 min insanın yaşadığı Benqkulu şəhərindən (Sumatra adası) 224 kilometr cənubda olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb./APA