Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova və məktəbin müəlliməsi Vəfa Vahidova Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü və Təhsil Nazirliyinin razılığı ilə Truskavetsk şəhər iki saylı gimnaziya və Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi ilə təcrübə mübadiləsi aparmaqla bağlı müqavilə imzalamaq üçün Ukraynanın Truskavets şəhərinə ezam olunmuşlar.Səfər zamanı görüləcək işlər alyansın sədri tərəfindən öncədən proqramlaşdırılmış və ona uyğun şəkildə görüşlər aparılmışdır.
“Yenigundem” xəbər verir ki,Şamaxi rayon Sabir qəsəbə tam orta məktəb nümayəndələrini alyansın sədri Elmar Məmmədov Truskavetsk şəhərində yerləşən ofisində qəbul etmişdir.Görüşdə o bildirmişdir ki,müəyyən müddətdir Sabir qəsəbə tam orta məktəbin fəaliyyəti alyans tərəfdən izlənilmiş və bu fəaliyyət alyansın nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Elə bu səbəbdən səsvermə əsasında G.Babaşova alyansın “ 2018-ci İlin Müəllimi” adına layiq görülmüşdür və Alyansın sədri G.Babaşovaya diplom təqdim etmişdir.Görüşdən sonra alyansın sədri və müəllimlər Truskavetsk şəhər 2 saylı gimnaziyada olmuşlar.Məktəbdə onları məktəbin drektoru Roman Qudzelyak qarşılamış və bu görüşün baş verəcəyi haqqında öncədən Azərbaycan səfirliyindən ona artıq məlumat verildiyini bildirmişdir..Daha sonra məktəbin müəllim heyəti ilə tanışlıq olmuşdur.Tanışlıqdan sonar G.Babaşova və V.Vahidova tədris prosesi ilə yaxından tanış olmuş.Keçirilən bir neçə dərs saatlarını dinləmiş,tədris prosesindəki yeniliklərlə tanış olmuşlar. G.Babaşova Roman Qudzelyakın iştirakı ilə məktəbdə yaradılan Ukraynanın tarixindən bəhs edən muzeylə tanış olmuş, xatirə kitabına ürək sözlərini azərbaycan dilində yazmışdır.Məktəbin heyəti Truskavetsk şəhərinin Ağsaqqallar Şurasının sədri ,əməkdar həkim və iş adamı Lev Qriçaqla görüşü keçirilmişdir.L.Qriçaq məktəblər arasında bağlanacaq müqavilənin əhəmiyyətindən və onun müsbət təsirindən söhbət açmış və bu cür layihənin Ukraynada ilk belə layihə olduğunu qeyd etmişdir.Məktəbin nümayəndə heyəti Truskavetsk şəhər 2 saylı gimnaziya ilə tanış olduqdan sonra birgə əməkdaşlıq haqqında müqavilənin imzalanmasını həyata keçirtmişlər.G.Babaşova və V.Vahidova alyansın sədri ilə bərabər Truskavetsk şəhəri yaxınlığında yerləşən Draqobiç şəhər meri Taras Kuçmanın dəvəti ilə Draqobiç şəhərində İnklyuziv Təhsil Mərkəzinin açlışında iştirak etmiş və çıxışında orada iştirak edən azərbaycanlı qonaqları salamlamışdır.Açlışdan sonra T.Kuçma qonaqları Draqobiç şəhər meriyasında qəbul etmiş, alyansın sədri Elmar Məmmədovun layihəsini dəstəklədiyini bildirmişdir. Azərbaycan Ukrayna məktəbləri arasında isti münasibətlərin yaradılmasındakı fəallığına görə Sabir qəsəbə tam orta məktəbin direktoru G.Babaşovanı Fəxri fərmanla təltif etmişdir və portret hədiyyə etmişdir. Eyni tarixdə Sabir qəsəbə tam orta məktəbin müəllimləri Lvov Vilayət Elm və Təhsil İdarəsinin rəisi xanım Lyubamira Mandzi ilə görüşmüşlər.Bu müqavilədən irəli gələn işlər haqqında fikir mübadiləsi aparılmışdırlar.Truskavetsk şəhərində olan Azərbaycanın Ukraynadakı səlahiyyətli səfiri cənab Azər Xudiyev Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun ofisini ziyarət etmiş və Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovayla görüşmüşdür.Həmçinin görülmüş işlərin tərifəlayiq bir hadisə olduğunu qeyd etmiş və xatirə şəkli çəkdirmişdir.Sabir qəsəbə tam orta məktəbin müəllim heyəti alyansın sədri ilə bərabər Truskavetsk şəhər meri Andrey Klyuçinskinin dəvəti ilə meriyaya dəvət olunmuşdurlar.Görüş zamanı hər iki ölkənin təhsil məsələləri ilə bağlı fikir mübadiləsi aparılmış və görülmüş işlər mer tərəf indən yüksək qiymətləndirilmişdir.Mer bu layihənin eyni zamanda iki dövlət arasında olan münasibətlərinə də müsbət təsir edəcəyini vurğulamışdır.
20.11.2018-ci il tarixdə Sabir qəsəbə tam orta məktəbinin nümayəndə heyəti Azərbaycana geri dönmüşlər. Ümumilikdə bu səfər müxtəlif görüşlərlə zəngin olmuş.Azərbaycandan Ukraynaya ezam olunmuş müəllimlər Ukraynada yüksək səviyyədə qəbul edilmiş və qarşılanmışdır.Bu görüşdən sonra artıq hər iki məktəb müqavilədə qeyd olunmuş bəndləri yerinə yetirməyi planlaşdırır