Jurnalist Savalan Talıblı özünün Facebook səhifəsində Azərbaycan radiosunun rejissoru Gülşən Səmədova barədə maraqlı post paylaşıb.
“Yeni Gundem” olaraq həmin postu təqdim edirik:
Gülşən Səmədova uzun illərdir Azərbaycan radiosunda rejissor kimi fəaliyyət göstərir. Minlərlə radio verilişin rejissorudur. Ən əsası “Bulaq”ı yaşadır. Onun adını demək olar radiosevərlər və dinləyicilər çox eşidib. Öz işinin öhdəsindən peşakarcasına gələn Gülşən xanım elə “Bulaq”ın təbirincə desək “Bulaq” ın zilini zil , bəmini bəm eləyib , onu cana -qana gətirib. Musiqiləri sırayla muncuq kimi düzüb. Gülşən xanım olduqca yaradıcı rejissordur. Musiqini və mətni gözəl bilir. İllərdir başını aşağı salıb milli -mənəvi dəyərlərimizə xidmət edib , bu verilişlərlə gəncləri qidalandırıb. Gülşən xanım Oğuz yurdu Ağdamdandır. Vətənin keşiyində dayanan iki zabitin də anasıdır. Qara saçlarını övladlarının tərbiyəsində və özü qədər sevdiyi işində ağardıb. Əziz və dəyərli Gülşən xanıma uzun və bərəkətli ömür arzu edirəm. Ən böyük arzum da Gülşən xanımın uzun illərdir çəkdiyi zəhmətin dövlətimiz tərəfindən fəxri adla mükafatlandırılmasıdır. İnşallah , arzum çin olar . And olsun o gözəgörünməzə , Gülşən xanımın heç zaman heç bir ada və şöhrətə ehtiyacı olmayıb. Heç vaxt da bu barədə səsini çıxartmayıb.
Əziz dostlar , postu paylaşaq daha çox insan görsün .