Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdıbackend

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə təbii fəlakət nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Hazırda daha 16 nəfərin axtarışları davam edir.

Avqustun 7-si respublikada matəm günü elan edilib.