Hacı Surxay: “Kim Quranı və Peyğəmbəri tanımırsa, özünü tanımır”backend

“Qurani-Kərim” olmasaydı, haradan biləcəkdik ki, Peyğəmbər kimdir? Heç özümüzü tanımayacağdıq. Peyğəmbər çətinliklərə rəğmən Allahın əmrini bizə çatdırdı ki, ey insanlar, siz məxluqsunuz, heyvanlardan fərqiniz budur ki, əxlaq sahibi olmalısınız. Peyğəmbər buyururdu ki, istəyirəm, mənə oxşayasınız. Peyğəmbər mənəvi atamız idi…”

“Yeni Gundem”-in xəbərinə görə, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

“Ən böyük əxlaq sahibi Peyğəmbər idi. Peyğəmbəri tanımaq Quranı tanımaqdır, Quranı tanımaq özümüzü tanımaqdır, özümüzü tanımaq bugünümüzü, sabahımızı tanımaqdır. Kim Quranı və Peyğəmbəri tanımırsa, özünü tanımır” – o qeyd edib.