Hadrudda nə baş verir? – Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralandıbackend

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

“Yeni Gündəm”-in “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbər görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.40 radələrində Hadrut ərazisində atışma olub.

Atışmada üç erməni hərbçi yaralanıb.

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.