Hakan Fidanla Blinken arasında telefon danışığı olubbackend

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

“Yeni Gundem” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin dünən qəbul etdiyi qərara toxunan Fidan İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin TBMM-nin məsuliyyəti altında davam etdiyini bildirib.

Fidan F-16 satışı ilə bağlı ABŞ rəhbərliyinin və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun davranmasını və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiklərini qeyd edib.

Danışıq zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Fidan həmkarına Qəzzada ən qısa zamanda atəşkəs elan edilməli və daimi sülh danışıqlarına başlanmalı olduğunu deyib.