“Mayın 11-dən sonra karantinin yumşaldılması barədə qərar bu həftə ərzində qeydə alınacaq yoluxma statistikasından asılı olacaq”.
“Yeni Gündəm”-in məlumatına görə, bunu brifinqdə Nazirlər Kabinetinin rəsmisi İbrahim Məmmədov deyib.
NK rəsmisi qeyd edib ki, bəzi məsələlərlə bağlı müzakirələr aparılır: “Həftəsonunda yeni qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edəcək. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq”.