Bu gün biz vətən torpağında onların azadlığımız üçün tökdükləri qanın hesabına rahat gəzə bilir və nəfəs alırıq. Onları əziz tutub gələcək nəsillərimizə tanıdırıq.Bu sözləri nahaqdan yazmadım.Belə ki,ötən il uzun sürən bir qalmaqal bu gün də bir şəhidin adı ilə davam etmək istəyir.Belə ki,bu gün saytların birində mən təkrar Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin rəhbərliyi ilə bağlı bir yazıya rast gəldim.Yazıda söhbət şəhid adından getdiyi üçün bu məsələ diqqətimi çəkdi və bir vətəndaş kimi məsələyə aydınlıq gətirmək üçün məktəbin direktorunun mövqeyini öyrənməyə çalışdıq.Lakin bu mümkün olmadıqda qəsəbə sakinlərindən məktəbə yaxın biri ilə əlaqə saxladım.Məlum oldu ki,10 gün bundan öncə məktəbin yerləşdiyi şose yolunun kənarında surətlə hərəkət edən avtomobillərdən biri idarəetməni itirərək yoldan çıxmış və aşaraq məktəbin hasarını uçurtmuşdur.Nəticədə Azsığortanın sığortaladığı maşının sahibi həmin hasarın yenidən tikilməsi üçün məktəb rəhbərliyinə müraciət etmiş və 10-15 gün müddətinə hasarın tikilib yenidən təmir olunacağını bildirmişdi.Həmin vaxtdan uçmuş hasardan məktəb ətrafında otlayan ev heyvanları və quşları məktəbin ərazisinə keçməyə cəhd etmişdi.Lakin məktəb gözətçiləri bunu gördükləri zaman müdaxilə etmişlər.Amma buna baxmayaraq məktəbin ötən il çalışan təxribatçı qrupu bunu çox gözəl fürsət bilmiş yenə də öz çirkin əməllərinə başlamışdırlar. İşin ən pis və təəssüf olunan tərəfidə budur ki, hədəf düzgün seçilməmişdir.Belə ki,bu gün şəhidin adı ilə oynamaq,onu əldə alət etmək düşünürəm ən böyük şərəfsizlikdir.Qarşıma çıxan saytda da məlumat şəhid abidəsi önündə və hətta üstündə otlayan iribuynuzlu heyvanların rəsmi və buna biganə yanaşan məktəb direktoru haqqında yazılardır.Maraqlıdır ki,sayta təqdim olunan şəkillərdə həmin heyvanlar daş abidənin üstündə otlamaq üçün gəldikləri təsvir olunub.Amma məncə hər kəs bu dilsiz və şüursuz heyvanların daşla deyil otla qidalandığını gözəl bilir.Bəs o zaman bu heyvanlar daş abidə ətrafında nə edir? Təbii ki,bunun cavabını hər kəs bilir və başa düşür.Hər zaman otlaq sahəyə meyil edən heyvanlar nədənsə bu dəfə quru daş ətrafında fırlanıb çəkilən şəkilə hələ poz verdiklərini də görürük. Məktəbin uçmuş hasarından məqsədli şəkildə məktəbə salınmış və şəkli çəkilmiş heyvanları gətirən şəxsin hansı məqsədi olduğunu düşünürəm söyləməyə ehtiyac yoxdur.Çünki bu məqsəd ötən il yarım qalmış işi tamamlamaq üçün fürsət olduğunu demək məncə artıqdır.Hər şeyə rəğmən heyvanları abidənin üzərinə qovub,onları abidənin üzərində yaxından şəklini çəkən şəxs görəsən şəhid abidəsinə etdiyi hörmətsizliyin fərqinə vardımı? Baxmayaraq ki,həmin insan gözəl bilir ki,məktəb direktoru özü də şəhid ailəsindəndir və bu gün də o,ailəsində olan şəhid anasının yeganə qayğısını çəkən bir insandır.Şəhid adının,və şəhid anasının ağrısını və acısını düşünürəm ondan gözəl bilən yoxdur.Bu gün şəhid adını belə bir qalmaqalda hallandırmaqdan çəkinməyən biri təbii ki,sabah məktəbdə dərs dediyi şagirdlərə də düzgün tərbiyə verə bilməz.Bizə verilən məlumata görə şəhid adını hallandırmaqdan çəkinməyən şəxs bu məlumatı yerləşdirməmişdən bir gün öncə məktəbin həmkarlar təşkilatı sədrinə və məktəbin müavininə onun istədiyi dərs saatlarının verilməyəcəyi halda onlara nə edəcəyi haqqında hədələr etmişdir.Təbii ki,yenə şantaja getməyən rəhbərlik belə xoşagəlməz halla qarşılaşmalı olacağını düşünməmişdir.Düşünmüş olsaydıda məncə yenə geri çəkilib şantaja getməzdi.Çünki şəhid adı ilə oynamaq insanlıqdan çıxmaq kimi bir hərəkətdir.Şəhid adı hallanmış məlumat sayta göndərildiyi üçün bunu yazıb paylaşan jurnalist dostlarımı qətiyyən qınamıram.Çünki bəlkə mən həmin məktəbin rayonda olan məktəb içində göstəricisinə görə 4-5 yerdə olduğunu və iki ildir onların nailiyyətlərini izləməsəydim jurnalist dostlarım kimi məsələyə yanaşardım.Çox heyif ki,bəzi insanlığını itirmiş şəxslər məsələyə bu cür yanaşmaqla insanların hisləri ilə oynayaraq məqsədlərinə çatmağa cəhd edirlər.