İlham Əliyev: Azərbaycan həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr veribbackend

Prezident İlham Əliyev Azərbaycanın və Küveytin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində əməkdaşlığının vacibliyini qeyd edib.

“Yeni Gundem” xəbər verir ki, dövlət başçısı bu barədə Küveytin səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edən zaman bildirib.

Prezident İlham Əliyev işğal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ərazilərimizdə vandalizm aktları törətdiyini vurğulayaraq, 67 məsciddən 65-nin dağıdıldığını qeyd edib. Dövlət başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini, bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü vurğulayıb.