İlham Mustafayev vəzifəsindən azad edildibackend

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.

“Yeni Gündəm”-in məlumatına görə, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.

Şirvan RMX-dan APA-ya bildirilib ki, xəstəxananın direktoru İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.

Xəstəxanaya yeni direktor təyin olunmadığı da qeyd olunub.