İlkin Kərimov “ASAN Radio”dan çıxdıbackend

Tanınmış jurnalist İlkin Kərimov “ASAN Radio”nun baş redaktoru vəzifəsindən çıxıb.

“Yeni Gundem”-in xəbərinə görə, o, bu barədə qərarı özü verdiyini açıqlayıb.

“6 illik aparıcı, baş redaktor kimi fəaliyyətimdən sonra “ASAN Radio”dan getmək qərarı verdim. Bu illər ərzində öyrəndiklərim də oldu, öyrətdiklərim də. Xüsusilə ANS-də 10 illik televiziya fəaliyyətimdən sonra radio maraqlı təcrübə oldu”, – İ.Kərimov bildirib.